10 il içində Almaniyadan başqa heç bir Avropa ölkəsi G-7 ölkələri sırasında yer almayacaq.
10 il içində Almaniyadan başqa heç bir Avropa ölkəsi G-7 ölkələri sırasında yer almayacaq.
Axar.az xəbər verir ki, bunu Türkiyənin yeni İYİ Partiyasının sədri Maral Akşənər söyləyib.
“Ərəb baharı ilə hərəkətə keçən, bölgədəki dəyişikliyə dəyişiklik gözü ilə baxmayanlar sadəcə Türkiyəni yox, böyük coğrafiyanı qurban ediblər. İqtisadiyyatın yeni sahibləri bilgi bazarının sahibləridir. Yaşları 30-dan aşağı olan milyarderlərin sayı olduqca təəccüblüdür. Milli markalarımızı, qlobal firmalarımızı yaratmaq məcburiyyətindəyik. Bundan kənarda olan bütün yolların sonu dalandır. Türkiyə heç bir zaman geridə qalmayacaq, buna icazə verməyəcəyik”, – deyə o bildirib.