“Biz, “Bir millət, iki dövlət” analayışı ilə iki dövlət arasında qardaşlığın gözəl nümunələrini görəcəyimizə əminik”
Türkiyənin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü olan müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) deputatları Deniz Baykal, İlhan Kesici və Ayşe Gülsün Bilgehanın AŞPA-da Azərbaycana qarşı sənədi dəstəkləmələri hakim Ədalət və İnkişaf Partiyasının (AKP) millət vəkilləri tərəfindən pislənilməkdədir. TİA.AZ xəbər verir ki, bu dəfə Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, AKR-nin Adana üzrə millət vəkili Necdet Ünüvar çıxışında bu məsələyə toxunub: “Azərbaycan 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra iqtisadi-sosial, demokratik qazancları çox artdı. Amma Azərbaycanın güclənməyini istəməyənlər zaqman-zaman özlərini açıqca biruzə verirlər.
Bunu ötən həftə Avropa Şurası Parlament Assambleyasında bird aha gördük. Bəzi CHP-li nümayəndələr təəssüf ki, Azərbaycan əleyhinə səs vermişlər. Bu məsələ çox üzücü bir vəziyyət yaradıb.”Türkiyəli millət vəkili bildirir ki, AKP-nin iqtidara gəlməsindən sonra və Azəraycanın AŞ-na üzv olmasından sonra hər iki dövlət beynəlxalq siyasi aləmdə bir-birinə dəstək verərək, hərəkət edir: “Azərbaycanın əleyhinə səs verənlər bu gün həmin ölkənin sosial və demokratik inkişafından xəbərsizdirlər. Onların bundan xəbəri olsa, əminəm ki, bu cür davranmazdılar. Azərbaycanın Müstəqillik Günün bayram etdiyimiz bu günlərdə bu cür yanaşma iki qardaş xalq arasında münasibətləri əsla zədələyə bilməz.
Biz, “Bir millət, iki dövlət” analayışı ilə iki dövlət arasında qardaşlığın gözəl nümunələrini görəcəyimizə əminik. AKP olaraq biz hər yerdə daima Azərbaycanın yanında olduq və olmağa davam edəcəyik.”
NÜŞABƏ
TİA.AZ