AKP-nin 2019-cu ildə prezidentliyə namizədi Rəcəb Tayyib Ərdoğandır. MHP və AKP “Yenikapı” ruhuna sonuna qədər sahib çıxan bir anlayışa malikdir.
Oxu.Az xəbər verir ki, bunu Türkiyənin baş nazirinin müavini, AKP-nin tanınmış simalarından olan Bəkir Bozdağ MHP lideri Dövlət Baxçalının “2019-da namizədimiz Ərdoğan ola bilər” açıqlamasını dəyərləndirərkən bildirib.
O, Baxçalının sözlərinin məmnuniyyətverici olduğunu da sözlərinə əlavə edib:
“Hörmətli Baxçalı türk siyasətində sayılıb-seçilən bir liderdir. Dürüst bir siyasət anlayışı var. İkili oynamayan bir isimdir. Necə varsa, o cürdür. Olacağı, olmayacağı “net” bir şəkildə ifadə edən liderdir. MHP 2019-cu il seçimlərində prezidentliyə namizəd irəli sürməyəcəyini açıqca ifadə etdi. Bu, MHP-nin şəxsi qərarıdır. Buna sayğı duyuruq. Qərarla bağlı hər hansı bir dəyərləndirmə haqqını özümüzdə görmürük. Prezidentimizi 2019-cu ildə dəstəkləmə mövzusundakı açıqlaması da bizim tərəfimizdən məmnuniyyətvericidir”.