Akopyan: Rusiya Ermənistanı işğalçı hesab edirbackend

Akopyan: Rusiya Ermənistanı işğalçı hesab edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya öz simasını saxlamaq üçün Ermənistanı işğalçı dövlətə çevirir”. Tribunainfo.az xəbər verir ki, bunu hərbi-siyasi analitik Mher Akopyan deyib.
O, bunu Moskvanın verdiyi açıqlamalarla əsaslandırır: “Moskva açıq deyir ki, Qarabağda ötən il baş verənlərin günahkarı İrəvan olub. İndi görün Moskva bizi hansı tələyə salır. Əvvəlcə rəsmi İrəvanın əraziləri işğal etdiyini təsdiqləyir, sonra rəsmi İrəvanın bundan imtina etdiyini təsdiqləyir və bundan sonra öz üzünü xilas etmək üçün bizi işğalçı kimi təqdim edir”.