Akopyan: İrəvan Araiki uzaqlaşdırmaqla Azərbaycana yol açdı

Akopyan: İrəvan Araiki uzaqlaşdırmaqla Azərbaycana yol açdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağdan qaçaraq, Ermənistana sığınmış separatçılar ötən ilin sentyabrında baş verən hadisələrlə bağlı çeşidli məlumatlar yayırlar. Tribunainfo.az bildirir ki, həmin açıqlamalardan birini də separatçıların nümayəndəsi Metaxe Akopyan verib.
O deyib ki, Qarabağdakı separatçıların rəhbərlərindən biri, hazırda Bakıda həbsdə olan terrorçu Araik Arutyunyan Ermənistan hakimiyyətinin tələbi istefa verib.
Akopyan iddia edib ki, rəsmi İrəvan bunu məqsədli edib. “Bunun bir məqsədi var idi. Çünki sentyabrda hadisələr baş verməliydi. Ona kimi isə Qarabağda hökumət olmamalıydı. Paşinyan hökuməti də Arayiki uzaqlaşdırmaqla Azərbaycana yol açdı”.