“Moskva görüşləri zamanı biz gördük ki, heç kim Paşinyanı ciddi qəbul etmir. Təkcə gülən Əliyevi yox, başqa dövlətlərin rəhbərlərini də ələ salıblar. Amma problem ondadır ki, Qərb də onu ciddi qəbul etmir”. Tribunainfo.az xəbər verir ki, bu sözləri Ermənistanın sabiq səfiri, politoloq Vardan Akopyan deyib.
Onun sözlərinə görə, hazırda Qərbə neft kəməri yox, yol lazımdır. “Ona görə də baxsanız görərsiniz ki, Gümrü yolu gecə-gündüz çəkilir. Və bu, təkcə Ermənistana deyil, Gürcüstan və Azərbaycana da aiddir”.
Keçmiş səfir hesab edir ki, Rusiyanın Qarabağda olması vacibdir. “Rusiyanın Xankəndidə konsulluq açmaq istəyi aydın görünür. Türkiyə və Azərbaycan buna qarşıdır. Siz heç vaxt eşitməyəcəksiniz ki, ruslar Qarabağ əhalisinin azalmasına haqq qazandırırlar. Ruslar əvvəlcə Qarabağa, sonra isə Ermənistana qayıdacaqlar”.
Akopyan İranın Zəngəzur bölgəsini qorumaqda uğur əldə edəcəyinə inanmadığını da dilə gətirib. O deyib ki, Tehran bunun üçün hər şeyi edəcək. “Lakin gücü çatacaq, ya yox, məlum deyil”.