“Akkord” Sənaye və Tikinti İnvestisiya Korporasiyası barəsində icraat başladılıb.
Tribunainfo.az xəbər verir ki, “Akkord” İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tələbini pozub.
Belə ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
“Akkord”un işinə bu gün Bakı Appelyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baxılacaq.
Nigar