“Akkord”da daha bir intihar

“Akkord”da daha bir intihar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabubçu rayonu, Bakıxanov qəsəbəsi “Akkord” MTK binalarında daha bir intihar hadisəsi baş verib.

Tribunainfo.az xəbər verir ki, “Akkord”un “Uğur 2” kompleksində qadın özünü binadan atıb.

Hadisə səhər saatlarında baş verib. Belə ki, orta yaşlı qadın özünü 9-cu mərtəbədən atıb. O aldığı xəsarətdən dünyasını dəyişib. İntihar edən şəxsin psixoloji problemləri olduğu deyilir. Məlumata görə, qadın Qaraçuxur qəsəbəsində yaşayıb, bina sakini deyil.

İntiharın hansı səbəbdən baş verdiyi məlum deyil.

Xatırladaq ki, bu, sözügedən kompleksdə bir həftə ərzində baş verən ikinci intihardır.

2 gün öncə də bina sakini olmayan 17-18 yaşlı yeniyetmə qız özünü 16-cı mərtəbədən atmışdı.

Gülşən Rəsul