Sabunçu rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Səlim Məmmədovun vəkili Cavid Rzazadənin məhkəməyə gəlmədiyi elan olunub.
Daha sonra Akif Çovdarov çıxış edib. O, səhhətinin ağır olduğunu deyib.
Qeyd edib ki, həbsdə olan, hazırda istintaq ı davam edən MTN-nin əks-kəşfiyyat şöbəsinin rəisi Mirəziz Əsgərov insult və ağır ürək çatışmazlığından əziyyət çəkdiyi üçün fevralın 14-də, gecə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssiəsinə aparılıb.
Akif Çovdarovun sözlərinə görə, Mirəziz dəfələrlə müayinə və müalicə tələb etdiyi halda ona heç bir ixtisaslı həkim-koordioloq tərəfindən yardım göstərilməyib.
Təqsirləndirilən bildirib ki, təcridxanada özünü asan İlqar Əliyev də belə gedib: “Indi Mirəziz Əsgərov belə vəziyyətdədir, daha sonra növbə məndədir. Mənimdə vəziyyətim Mirəziz Əsgərovla eyni durumdadır. Xəstəlikdən çox əziyyət çəkirəm”.
Proses fevralın 20-də davam edəcək.
(teleqraf)