AKARDAN AÇIQLAMA: “NATO 4000 NƏFƏRLİK ÇADIR GÖNDƏRƏCƏK”backend

AKARDAN AÇIQLAMA: “NATO 4000 NƏFƏRLİK ÇADIR GÖNDƏRƏCƏK”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Müdafiə naziri Hulusi Akar NATO-nun zəlzələdən sonra Türkiyəyə göndərdiyi 4 min nəfərlik çadıra əlavə olaraq daha 4 min çadır göndərilməsinə qərar verdiyini açıqlayıb.

Tribunainfo.az TRTHaber-ə istinadən xəbər verir ki, Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülərin müşayiəti ilə Kahramanmaraşda zəlzələdən zərər çəkən vilayətlər arasında yer alan Hatayda fəaliyyətini davam etdirir.

Bu çərçivədə Akar, Mütəşəkkil Sənaye Bölgəsi yaxınlığındakı Otençay Məhəlləsində, AFAD-ın koordinasiyasında, Milli Müdafiə Nazirliyi və NATO ilə əməkdaşlıqda olan 2400 nəfərlik çadır şəhərciyində yoxlamalar aparıb.

Çadır şəhərciyi ilə bağlı NATO rəsmiləri və hərbi rəsmilərdən məlumat alan Akar, NATO çadır şəhərciklərinin qurulması üçün işlərin davam etdiyini bildirib.