Akademiklər Mehdiyevə qarşı… AMEA Ramiz Mehdiyevlə bağlı iclas keçirməlidir

Akademiklər Mehdiyevə qarşı… AMEA Ramiz Mehdiyevlə bağlı iclas keçirməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ramiz Mehdiyev AMEA həqiqi üzvlüyündən xaric edilməlidir. 2007-ci ilin may ayının 4-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağında Əli İnsanovun AMEA həqiqi üzvlüyündən xaric edilməsi məsələsi müzakirə olunmuşdur. İndi həmin müzakirədən Ramiz Mehdiyev üçün də təşkil edilməlidir.

Tribunainfo.az xəbər verir ki, bu təkliflə sabiq deputat Etibar Əliyev çıxış edib. O bildirib ki, əgər akademik adının alınması praktikası varsa, niyə R.Mehdiyevin adı alınmır?:

“Akademik Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur. Onun barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Hələ 2007-ci ilin may ayının 4-də keçirilmiş Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağında Əli İnsanovun AMEA həqiqi üzvlüyündən xaric edilməsi məsələsi müzakirə olunmuşdu. Tədbirdə 60 həqiqi üzvdən 52-si, 95 müxbir üzvdən 71-i iştirak edib.
İclasda AMEA-nın Biologiya elmləri bölməsinin akademik-katibi akademik Əhliman Əmiraslanov bildirib ki, gizli səsvermə nəticəsində bölmənin 13 akademiki iştirak etmiş və onlar yekdilliklə Əli İnsanovun AMEA sıralarından xaric olunmasına səs veriblər.
Sitat – Bölmənin yığıncağı AMEA Nizamnaməsinin 6, 7, 15, 21 və 25-ci maddələri nəzərə alaraq, Əli İnsanovun AMEA-nın həqiqi üzvlüyündən xaric edilməsi haqqında qərar çıxarıb.
Qərara akademiklər Fuad Qasımzadə, Böyükkişi Ağayev, Vaqif Fərzəliyev, Bəkir Nəbiyev, Nailə Vəlixanlı münasibət bildirmişdi. Bir çoxu da qeyd edtmişdi ki, belə adamı sıralarımızda saxlaya bilmərik, bu şəxsin akademik adı daşımağa mənəvi haqqı yoxdur və sair.
Bununla da Əli Binnət oğlu İnsanov AMEA-nın həqiqi üzvlüyündən xaric edilmişdi. Analoji iclası Ramiz Mehdiyev üçün də keçirmək mümkündür”.

Gülşən Rəsul