Akademik Musiqili Teatrın yeni mövsümünün açılışı oldubackend

Akademik Musiqili Teatrın yeni mövsümünün açılışı oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının 114-cü mövsümünün açılışı Ulu öndər Heydər Əliyevin 100 illik, peşəkar milli teatrımızın 150 illik yubileyinə həsr olunan “Sən elə bir zirvəsən!..” tamaşası ilə olub.

Açılış mərasimində ölkənin tanınmış ictimai xadimləri, mədəniyyət, incəsənət adamları və digər mötəbər qonaqlar iştirak ediblər.

Teatrın aparıcı solistləri, xor və balet artistlərinin çıxışları tamaşaçılar tərəfindən böyük rəğbət, sevgi və alqışlarla qarşılanıb.

Qeyd edək ki, musiqili-tarixi esse kimi hazırlanan səhnə əsərinin bədii rəhbəri teatrın direktoru Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev, ssenari müəllifi Əməkdar artist Mübariz Həmidov, quruluşçu rejissoru teatrın baş rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, baletmeysteri Əməkdar artist Emin Əliyev, rejissor assistenti Afər Tağıyevadır.

Xatırladaq ki, ilk dəfə Ümummilli liderin doğum günündə Musiqili Teatrın səhnəsində nümayiş etdirilən bu tamaşa daha sonra Gəncə və Şəki şəhərlərində də uğurla təqdim olunub. Kollektiv bu layihə ilə Mingəçevir, Lənkəran və Naxçıvan şəhərlərində də çıxış edəcək.