Akademik Musiqili Teatrda “Sən kralsan” tamaşasının premyerası olacaq – VİDEO

Akademik Musiqili Teatrda “Sən kralsan” tamaşasının premyerası olacaq – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

24, 25, 26 oktyabr tarixlərində saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında tanınmış rejissor Ələkbər Tağızadənin librettosu və quruluşunda hazırlanan “Sən kralsan” tamaşasın premyerası nümayiş olunacaq.
Tribunainfo.az xəbər verir ki,  XX əsrin əfsanəvi amerikalı musiqiçisi və aktyoru – “Rok-n-rollun kralı” Elvis Preslinin ölməz əsərləri əsasında ərsəyə gələn bu müziklda ulduzun həyat hekayəsi, keçdiyi kəşməkəşli ömür yolu obrazlı şəkildə təsvir olunub.
Səhnə əsərinin musiqi rəhbəri və quruluşçu dirijoru Cavad Tağızadə, baletmeysteri Kamilə Əliyeva, quruluşçu rəssamı Vüsal Rəhim, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Prezident təqaüdçüsü Kamil Həsənov, işıq rəssamı Rafael Vaqifoğlu, rejissor assistentləri Tamilla Aslanova və Polina Fyodorovadır.
Tamaşada Əməkdar artist İlham Nəzərov, Prezident təqaüdçüsü Atilla Məmmədov, Prezident mükafatçısı Mehriban Zaliyeva, aktyorlar Rauf Babayev, Leonid Klets, Olqa Georgieva, Aydan Həsənova, Sübhan Rüstəmov, Elçin Əhədzadə, həmçinin xor və balet artistləri iştirak edəcəklər.
Biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “iticket. az” saytından əldə etmək olar.