Akademik Musiqili Teatrda “Premyeralar paradı” olacaq – VİDEObackend

Akademik Musiqili Teatrda “Premyeralar paradı” olacaq – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının 114-cü mövsümünün yeni tamaşaları “Premyeralar paradı” layihəsi çərçivəsində bir daha nümayiş olunacaq.

Tribunainfo.az xəbər verir ki, iyul ayının 11-də “Aysedora”, 12-də “Qadınım”, 13-də “Adamın adamı”, 14-də isə “Leyli və Məcnun” tamaşaları oynanılacaq.

Xatırladaq ki, “Aysedora” mono tamaşası məşhur rus yazıçı-dramaturqu Zinovıy Saqalovun “Aysedoranın üç həyatı” pyesi əsasında hazırlanıb, rejissoru və bədii redaktoru Cavid İmamverdiyevdir.

“Adamın adamı” satirası Xalq yazıçısı Anarın eyniadlı pyesi və Xalq artisti Vasif Adıgözəlovun musiqisi əsasında ərsəyə gəlib, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərovdur.

“Qadınım” lirik-psixoloji melodramı tanınmış yazıçı-dramaturq Tuncər Cücənoğlunun “Matroşka” pyesi əsasında, rejissor, Prezident mükafatçısı İradə Gözəlovanın quruluşundadır.

“Leyli və Məcnun” tamaşa isə dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” muğam operası və böyük mütəfəkkir Məhəmməd Füzulinin eyniadlı poemasının motivləri əsasında, rejissor Samir Qulamovun librettosu və quruluşunda səhnələşdirilib.

Tamaşalarda teatrın tanınmış aktyorları, gənc solistləri, xor və balet artistləri iştirak edirlər.

Qeyd edilən tarixlərdə saat 19:00-da nümayişi nəzərdə tutulan səhnə əsərlərinə biletləri şəhərin mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “Iticket.az” saytından əldə etmək olar.