Akademik Musiqili Teatr yeni mövsümə başladı

Akademik Musiqili Teatr yeni mövsümə başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 116-cü mövsümün başlanması ilə əlaqədar yaradıcı heyətlə görüş keçirilib.
Tribunainfo.az xəbər verir ki,görüşdə sənət ocağının direktoru Aqil Bəhramlı bu münasibətlə kollektivi təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb. Teatr rəhbəri ötən mövsümdə görülən işləri sadalamaqla yanaşı, yeni mövsümün bir sıra planlarını açıqlayıb:
“Musiqili Teatrın ötən mövsümündə müxtəlif tamaşalar hazırlanıb, teatrın yaradıcı heyəti respublikamızda keçirilən tədbirlərdə, eyni zamanda, xarici ölkələrdə təşkil olunan bir sıra beynəlxalq müsabiqə və festivallarda iştirak edib. Bu mövsümdə də yeni tamaşalarımızın premyeraları olacaq, bəzi retro səhnə əsərlərimizə də yeni quruluş veriləcək”.
Aqil Bəhramlı çıxışında həm də Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif olunmuş Xalq artisti, görkəmli teatr və kino aktrisası Afaq Bəşirqızını kollektiv adından təbrik edib, ona cansağlığı, yaradıcılıq uğurları arzulayıb.
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Xalq artisti Hacı İsmayılov və Əməkdar incəsənət xadimi, yazıçı, ssenarist, dramaturq Əli Əmirli də yaradıcı heyət qarşında çıxış edərək sənətkarın yaradıcılıq fəaliyyətindən danışıb, aktrisanı layiq görüldüyü ali mükafat münasibəti ilə təbrik ediblər.
Afaq xanım göstərilən diqqət və qayğıya görə ölkə başçısına və onu sevən hər kəsə minnətdarlığını bildirib.