6-11 noyabr tarixlərində Qazaxıstanın Şimkənd Şəhərində Mərkəzi Asiya Ölkələrinin IX Beynəlxalq Teatr Festivalı keçiriləcək.
Tribunainfo.az xəbər verir ki, festivalda Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ölkəmizi gənc rejissor Zaur Əliyevin quruluşunda hazırlanan “Killerdən teleqram” (Pərviz Seyidli) mono tamaşası ilə təmsil edəcək.
Qeyd edək ki, tamaşanın yeganə qəhrəmanı – Killer-Cəlil obrazının ifaçısı Əməkdar artist Şövqi Hüseynov, quruluşçu rəssamı Afaq Bayramova, musiqi tərtibatçısı Məhəmməd Məmmədovdur.
İmran Kərimli