AK PARTİYA: İLK SEÇİM 14 MAYDIR, TƏXİRƏ SALMAQ MÜMKÜN DEYİLbackend

AK PARTİYA: İLK SEÇİM 14 MAYDIR, TƏXİRƏ SALMAQ MÜMKÜN DEYİL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Seçkilərin təxirə salınmasının hüquqi baxımdan mümkün olmadığını vurğulayan AK Partiya üzvlərinə görə, 14 May seçkiləri qarşısında heç bir maneə yoxdur. Gələn həftə Milli Məclisdə zəlzələ komissiyasının yaradılması gözlənilir.

Tribunainfo.az GazeteDuvar-a istinadən xəbər verir ki, Maraş mərkəzli 11 şəhəri təsir edən və on minlərlə insanın ölümünə səbəb olan zəlzələdən sonra başlayan “seçkilərin təxirə salınması” müzakirəsində AK Partiyadakı ümumi tendensiya müəyyənləşib. Təxirə salınmanın hüquqi cəhətdən mümkün olmadığını vurğulayan AK Partiya qərargahına görə, zəlzələdən əvvəl göstərilən 14 Mayda seçkinin keçirilməsinə heç bir maneə yoxdur, ancaq təqvim sıxlaşarsa, 18 iyun tarixinə baxılacaq.

Türkiyə Böyük Millət Məclisi (TBMM) böyük dağıntılara və ölümlərə səbəb olan zəlzələlərdən sonra 3 həftəlik fasilənin ardınca, fevralın 28-də işinə başlayacaq.