“Superstar” ləqəbli Ajda Pekkan (78) ilə özündən 22 yaş kiçik Bülent Çavuşoğlu arasında 8 illik münasibət 2020-ci ildə bitib. İllərə meydan oxuyan sənətçinin iş adamı tərəfindən xəyanətə məruz qalması iddiası uzun müddətdir danışılırdı. Çavuşoğlu ayrılığa səbəb kimi göstərilən Pekkanın keçmiş meneceri Etel Sasonla Nişantaşıda görünüb.
Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, münasibətlərini təəccüblü şəkildə bitirən Bülent Çavuşoğlu ilə Ajda Pekkanın xəyanət üzündən aralarının düşdüyü xəbəri jurnalın gündəmini zəbt edib.
2021-ci ilin yayında Bodrum Gündoğanda bir otelin çimərliyində bir müddət Ajda Pekkanın meneceri olan Etel Sasonla eyni kadrda olan Bülent Çavuşoğlu insanları çaşdırıb. Ayrılığa səbəbin Etel Sason olduğu iddia edilib.