“AİM İnşaat” 25 min manat cərimələndi…backend

“AİM İnşaat” 25 min manat cərimələndi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“AİM İnşaat” rikinti şirkəti barəsində icraat başladılıb. Şirkət cərimələnib.

Tribunainfo.az xəbər verir ki, tikinti şirkəti İnzibati Xətalar Məcəlləsinin əmək qanunvericiliyinin pozulması barədı olan maddəsinin tələblərini pozub.

Maddə 192.1-in tələbinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

“AİM İnşaat”ın işinə 12 fevral tarixində Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə baxılcaq.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Nigar