Türkiyənin Manisa şəhərində yaşayan 29 yaşlı gənc İsrailin Qəzzaya hücumuna dözməyərək evlərini tərk edib. Qəzzaya getmək adı ilə evdən çıxan gənc Suriya sərhəddini keçdikdən sonr itkin düşüb.
Tribunainfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Engin Arslan İsrail-Fələstin qarşıdurmasında Qəzzada yaşayanların başına gələnlərə dözə bilməyib və vuruşmaq üçün yola düşüb. 11 oktyabrda evdən çıxaraq Qəzzaya yollanıb. Ailəsinə bu barədə mesaj da yazıb. Bildirib ki, sərhədi divarı aşaraq keçib. O gündən sonra isə ailəsi ondan xəbər ala bilmir. Gəncin öldüyü, itkin düşdüyü, yoxsa həbs edildiyi barədə heç bir məlumat yoxdur.