Ailələri evlənməyə icazə vermədi – Gənclər özünü öldürdübackend

Ailələri evlənməyə icazə vermədi – Gənclər özünü öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ailələri evlənmələrinə qarşı çıxdığı üçün iki gənc öz həyatına son qoyub.
Bakupost.az xarici mediaya istinadla xəbər verir ki, hadisə Türkiyənin Şanlıurfa şəhərində qeydə alınıb.
Xəbərə görə, əmiuşağı olan Helin və Əmir Altundağ evdə qanlar içində tapılıb. Bildirilir ki, Əmir birinci Helinə, sonra isə özünə atəş açıb. Onlar xəstəxanaya çatdırılsa da, təəssüf ki, həyatlarını xilas etmək mümkün olmayıb.
İddia edilir ki, onlar bir-birilərini sevib və evlənmək istəyiblər. Lakin əmiuşağı olduqları üçün ailələri bu izdivaca qarşı çıxıb. Elə buna görə də onların həyatlarına son qoyduqları bildirilir.
Hüquq-mühafizə orqanları faktla bağlı araşdırmaya başlayıb.