backend

“Ailədə gender problemləri və cəmiyyətdə inkişaf”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nərimanov rayonunda yerləşən Məktəb Lisey Kompleksində “Ailədə gender problemləri və cəmiyyətdə inkişaf” adlı layihə çərçivəsində tədbir keçirilib. Nərimanov rayonunda yerləşən Məktəb Lisey Kompleksində “Ailədə gender problemləri və cəmiyyətdə inkişaf” adlı layihə çərçivəsində tədbir keçirilib.

Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, məktəbin rəhbərliyi, Nərimanov Rayon Polis İdarəsinin rəis müavini Habil Sadiqov, Nərimanov Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin rəisi Rüstəm Rüstəmov, Əhalinin Sosial Müdafiəsi Fondunun Nərimanov Rayon Şöbəsinin əməkdaşı Rizvanə Hacıyeva, 18 saylı şəhər poliklinikasının həkimi Gülçin Qədimova, məktəbin rəhbərliyi, müəllim və şagirdləri iştirak ediblər.  
Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova qeyd edib ki, son illərdə döv¬lətimiz tərəfindən ailədə gender problemlərinin həlli istiqamətində bütün vacib təbdirlər gö¬rülüb, qanunlar və qanun¬ve¬ri¬cilik aktları qəbul edilib, beynəlxalq standart¬lara uyğun olaraq müxtəlif istiqa¬mət¬lərdəki məcəllələrdə də¬yişiklər edi¬lib. Ailədə, cəmiyyətdə vətəndaşlar arasındakı mü¬na¬si¬bət¬lə¬rin harmoniyasına nail olmaq üçün bütün zəruri addımların atılıb.  2006-cı ildə respublikamızda  “Gender bərabərliyinin təminatları haqqında” qanun qəbul edilib.
Ölkə rəhbərliyi tərəfindən Azərbaycanda gender bərabərliyinə nail olmaq üçün çox böyük işlər görülüb və bu proses dayanmadan davam edir. 
Digər çıxış edənlər şagirdləri gender bərabərsizliyinin cəmiyyətin inkişafında törədə biləcəyi fəsadlar barədə məlumatlandırıblar və onlara öz dəyərli tövsiyələrini veriblər.
Yekunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.