“Ailə qurarkən psixoloji testin keçirilməsi vacibdir” – Dövlət Komitəsi

“Ailə qurarkən psixoloji testin keçirilməsi vacibdir” – Dövlət Komitəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Məişət zorakılığı, uşağın atılması kimi halların baş verməməsi üçün ailə qurarkən psixoloji testin keçirilməsi vacibdir”.

Tribunainfo.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova rəhbərlik etdiyi qurumun 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə deyib.

“Biz nikahın xitamı ilə bağlı mövcud dövrdə təhlillər apardıq. Kifayət qədər məsələlər ortaya çıxdı. Mütləq şəkildə ailə quracaq şəxslərin psixoloji testdən keçirilməsi vacibdir. Bu, ailə qurarkən veriləcək testlər siyahısına əlavə edilməlidir. Sonradan məişət zorakılığı, uşağın atılması kimi halların baş verməməsi üçün bu addım atılmalıdır”, – Dövlət Komitəsinin sədri vurğulayıb.