“Ailə Park” MTK önündə tut ağacları məhv edildi-FOTO

“Ailə Park” MTK önündə tut ağacları məhv edildi-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam imzalayıb.
Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Lakin Bakı şəhərinin Nərimanov rayonunda fəaliyyət göstərən tikinti şirkətləri və müəyyən qurumlar sözügedən məsələdən xəbərsizdirlər. Artıq Nərimanov rayonunda qanunsuz agac kəsilməsi adi hal alaraq ekokoji genosidə çevrilib. Rayonun Həsənoğlu küçəsində yerləşən “Ailə Park” MTK-nın qaşısında iri gövdəli çoxillik tut ağacı kəsilərək götürülüb. Ağacın külək nəticəsində aşmasını və Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən doğranaraq götürüldüyünü bildirdirilir. Yaşıllaşdırma Təsərrüfatı Birliyindən isə sorğumuza cavab olaraq qeyd olunan ünvanda ağac aşması ilə bağlı Birliyin qaynar xəttinə məlumat daxil olmadığını və hər hansı bir ağacın Birlik tərəfindən götürülmədiyini bildirdilər.
Görünən isə mötəbər COP29 ilində rayon ərazisində yaşıllığın məhf edilməsinə Bakı şəhər İcra Hakimiyyətinin biganə yanaşmasıdır.

Tribunainfo.az