“Ailə Park” MTK Nərimanov rayon Məhkəməsində Musayev Əlisa Şüküralı oğluna qarşı iddia qaldırıb. Tribunainfo.az xəbər verir ki, işin mahiyyəti müqavilələrin ləğv edilməsidir. Prosesə hakim Mehriban Əfəndizadə sədrlik edib.
Xatırladaq ki, “Ailə Park” QSC olaraq 2017-ci ildə yaradılıb, qanuni təmsilçisi Samir Yusubovdur. Sonra şirkət MTK-ya çevrilib. Bu MTK-nın məhkəmə çəkişmələri ik deyil. Mediada şirkətdən şikayətlərə də rast gəlmək olar.