2016-cı ilin birinci yarısında məişət zorakılığı zəminində 15 nəfər qətlə yetirilib.
2016-cı ilin birinci yarısında məişət zorakılığı zəminində 15 nəfər qətlə yetirilib.
Bu barədə TİA.AZ-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumatda qeyd edilib ki, 6 ay ərzində məişət zorakılığı cinayətləri zamanı ölənlərdən 6-ı kişi, 9-u qadındır.
Birinci yarımillikdə məişət zorakılığı zəminində 521 nəfər zərər çəkib ki, onlardan 99-u kişidir. Onlardan ikisi 18 yaşına çatmayan oğlandır.
Eyni zamanda məişət zorakılığı zəminində zərərçəkənlərdən 422-i qadındır.