AİBNDX AQTİ-nin tenderləri ilə bağlı açıqlama verdi: “Hər iki şirkət qərarımız əsasında qalib elan edilib”

AİBNDX AQTİ-nin tenderləri ilə bağlı açıqlama verdi: “Hər iki şirkət qərarımız əsasında qalib elan edilib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün əvvəl saytımızda Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun keçirdiyi tenderlərlə bağlı yazı dərc olunub.

Tribunainfo.az bildirir ki, yazıda sözügedən qurumun 1 ildə obyektləri və inzibati binasını təmir etdirmək üçün 1 milyon 133 min manat vəsait sərf etdiyi qeyd edilib.
Söhbət “EL-SEYM İNŞAAT” QSC və “UĞUR TİKİNTİ” MMC-dən gedir. Araşdırma zamanı məlum olub ki, bu iki şirkət dəfələrlə AQTİ-nin tenderlərinin qalibi olub.
Bu gün isə məsələ ilə bağlı Azərbaycan Prezidenti yanında Anti İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə bununla bağlı göndəridyimiz sorğuya cavab gəlib. Xidmətdən Tribunainfo.az-a bildirilib ki, “Dövlət satınalmaları haqqında” qanuna əsasən, təchizatçıların uyğunluq göstəriciləri təchizatçılara dair ümumi və xüsusi tələblərdən ibarətdir. “Həmin Qanuna əsasən, təchizatçı təqdim etdiyi təklifə uyğunluq sənədlərini, təklifin təminatını, habelə şərtlər toplusunda nəzərdə tutulduğu halda, subpodratçının müəyyən olunmuş tələblərə uyğun olması barədə sənədləri əlavə edir, satınalma komissiyası uyğunluq sənədlərini və təklifləri uyğunluğa dair sənədlər toplusunda və şərtlər toplusunda göstərilmiş meyarlara və prosedurlara əsasən qiymətləndirir. Satınalma güzəşti nəzərə alınmaqla, açıq tender, ikimərhələli tender və qapalı tender metodları üzrə tələblərə uyğun olan ən aşağı qiymət təklifini və ya ən səmərəli təklifi təqdim edən təchizatçı qalib təchizatçı sayılır”.
AİİBNDX qeyd edir ki, eyni zamanda, təchizatçılara dair ümumi tələblərə təchizatçı qismində çıxış edən fiziki və ya hüquqi şəxsin icra orqanının rəhbərinin satınalmaya dair elanın verilməsindən əvvəlki 5 il
ərzində iqtisadi sahədə cinayətlərə, korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlərə, kibercinayətlərə, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırılma cinayətlərinə görə məhkum olunmaması daxildir. “Qeyd edilən satınalmalar üzrə məhkumluq barədə arayışlar təchizatçılar tərəfindən dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim olunub və həmin arayışlarda məhkum olunma hallarına rast gəlinməyib.
Satınalma komissiyası tərəfindən satınalmanın nəticələri haqqında yekun protokol tərtib edilir və təsdiq olunması məqsədilə nəzarət orqanına təqdim olunur. Satınalmanın nəticəsinin nəzarət orqanı tərəfindən təsdiq edilib-edilməməsi barədə məlumatla onlayn rejimdə dövlət satınalmalarının vahid internet portalının “Əsas” bölməsinin “Müsabiqə elanları” alt-bölməsində
“Tamamlanmış” və ya “Ləğv edilmiş” satınalmaları seçməklə tanış olmaq mümkündür”.
AİİBNDX vurğulayıb ki, 2025-ci il ərzində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun balansında olan obyektlərin əsaslı təmir işlərinin satın alınması məqsədilə açıq tender metodu ilə keçirilmiş satınalmada “El-Seym İnşaat” QSC satınalma komissiyasının qərarı əsasında qalib elan olunub və satınalmanın nəticəsinə dair yekun protokol Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin 31.10.2025-ci il tarixli müvafiq Qərarı ilə təsdiq edilib. “2024-cü il ərzində isə AQTİ tərəfindən inzibati binalarda cari təmir işlərinin və PHŞ-nin inzibati və laborator binalarında cari təmir işlərinin satın alınması məqsədilə açıq tender metodu ilə keçirilmiş satınalmalarda “Uğur Tikinti” MMC satınalma komissiyasının qərarı əsasında qalib elan edilib və satınalmaların nəticəsinə dair yekun protokollar Agentliyin 11.10.2024-ci il və 27.11.2024-ci il tarixli müvafiq Qərarları ilə təsdiq edilib”.

Fərda Uğur