Avropa İttifaqı makromaliyyə yardım proqramı çərçivəsində Ukraynaya 600 milyon avro ayırıb.
Avropa İttifaqı makromaliyyə yardım proqramı çərçivəsində Ukraynaya 600 milyon avro ayırıb.
TİA.AZ Lenta-ya istinadən xəbər verir ki, bu barədə Aİ-nin məlumatında bildirilir.
“Bu Aİ tərəfindən 2015-ci il üçün göstərilən yardımın birinci tranşıdır. (bu il ümumi yardım məbləği 1,8 milyard avro təşkil edəcək). Avropa İttifaqında qeyd edirlər ki, Kiyev iqtisadiyyatın stabilləşdirilməsi, maliyyə sisteminin şəffaflaşdırması və dövlət idarəçiliyinin təkmilləşdirilməsinə dair lazımi islahatların keçirilməsi üçün yardım alır. Aİ hesab edir ki, islahatlar Ukrayna iqtisadiyyatının dirçəlməsinə təkan verəcək”, – məlumatda deyilir.