Aİ SƏFİRİ QARABAĞDA YAŞAYAN ERMƏNİLƏRDƏN DANIŞDIbackend

Aİ SƏFİRİ QARABAĞDA YAŞAYAN ERMƏNİLƏRDƏN DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ER baş naziri Nikol Paşinyan, AŞ prezidenti Çarlz Mişel və Azərbaycan prezidenti İlham Əliyevin Brüsseldə keçirilən üçtərəfli görüşündə Dağlıq Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi məsələsini qaldırıb.

Tribunainfo.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının nümayəndə heyətinin rəhbəri, səfir Andrea Viktorin Avropa Günü və Avropa İttifaqı-Ermənistan münasibətlərinə həsr olunmuş mətbuat konfransında mayın 14-də aparılan danışıqlar məsələsinə toxunaraq deyib.

“Əvvəllər bir neçə dəfə vurğulanıb ki, bu, Xankəndilə rəsmi Bakı arasında birbaşa müzakirə mövzusudur. Təkcə bu görüş zamanı deyil, həm də prezident Mişelin press-relizində qeyd olunub ki, Dağlıq Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi təmin edilməlidir”, – səfir bildirib.

Viktorinin fikrincə, bu, həm də yaxın gələcəkdə əlavə addımların atılmasını nəzərdə tutur.

“Belə bir fikir var ki, hansısa beynəlxalq mexanizm lazımdır, lakin biz onun formalaşması üçün bütün tərəflərlə razılaşmalıyıq”, – deyə o əlavə edib ki.