Aİ Rusiyaya qarşı yeni sanksiyaları dəstəklədibackend

Aİ Rusiyaya qarşı yeni sanksiyaları dəstəklədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirlərin tətbiqinin tərəfdarı olub və informasiya müharibəsinin güclənməsini dəstəkləyiblər. Bu barədə Aİ-yə daxil olan ölkələrin dövlət və hökumət başçılarının Brüsseldə keçirilən sammiti zamanı qəbul edilmiş bəyanatında bildirilir.

Sənəddə deyilir ki, Avropa İttifaqı Rusiya Federasiyasına kollektiv təzyiqi dəstəkləməyə davam edir.

Həmçinin qeyd olunur ki, Aİ müttəfiqləri ilə birlikdə Ukraynadakı münaqişə ilə bağlı Rusiyanın yalanlarına qarşı çıxmaq üçün informasiya sahəsində işi gücləndirəcək.

Eyni zamanda, sammit zamanı yeni anti-Rusiya sanksiyalar paketinin tətbiqi ilə bağlı konkret qərarlar qəbul edilməyib.