Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqına üzv ölkələrin liderləri bu gün Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətinin uzadılmasına dair qərar qəbul ediblər.
 Avropa İttifaqına üzv ölkələrin liderləri bu gün Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətinin uzadılmasına dair qərar qəbul ediblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Aİ Şurasının sədri Donald Tusk bildirib.

 Qeyd edək ki, sanksiyaların müddəti 2018-ci yanvarın sonunadək idi.  “Aİ Rusiyaya qarşı sanksiyaların uzadılmasını yekdilliklə dəstəkləyir”, – deyə D.Tusk “Twitter” hesabında qeyd edib.
Məlumata görə, qərar Aİ Şurası tərəfindən gələn həftə təsdiqlənəcək. Ukraynadakı münaqişə fonunda 2014-cü ildə Rusiyaya qarşı tətbiq edilən və daha sonra genişləndirilən sanksiyalar heç bir dəyişiklik edilmədən yarım il müddətinə uzadılacaq.