Aİ RUSİYADAN ASILILIĞI AZALTMAQ ÜÇÜN QARA DƏNİZ BOYUNCA İNTERNET KABELİ ÇƏKMƏK İSTƏYİRbackend

Aİ RUSİYADAN ASILILIĞI AZALTMAQ ÜÇÜN QARA DƏNİZ BOYUNCA İNTERNET KABELİ ÇƏKMƏK İSTƏYİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kardessa” adlanan layihə Ukraynanı Bolqarıstan, Türkiyə və Gürcüstanla birləşdirəcək, daha sonra yeraltı yollarla davam edərək Ermənistan və Qazaxıstana, oradan da Asiyaya birləşdirəcək.

Tribunainfo.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Aİ Gürcüstanla əlaqəni yaxşılaşdırmaq və Rusiya Federasiyasından keçən xətlərdən asılılığı azaltmaq üçün Qara dəniz üzərindən sualtı internet kabeli çəkməyi planlaşdırır.

Dəyəri 45 milyon avro və uzunluğu 1100 kilometr olan kabel “Aİ-yə üzv dövlətləri Qara dənizin beynəlxalq suları vasitəsilə Qafqazla birləşdirəcək.

Sənədə əsasən, layihə “regionun Rusiya ərazisindən keçən yerüstü fiber-optik rabitədən asılılığını” azaltmağa yönəlib.

Eyni zamanda qeyd edilir ki, layihənin həyata keçirilməsinin mümkünlüyü və vaxtı ilə bağlı suallar hələ də qalmaqdadır.