Aİ-nin Xüsusi Elçisi: COP29 zamanı hamımızın etməli olduğu əsas şey ən optimal şərtlərlə razılıq əldə etməkdir

Aİ-nin Xüsusi Elçisi: COP29 zamanı hamımızın etməli olduğu əsas şey ən optimal şərtlərlə razılıq əldə etməkdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hazırda dünya çətin vəziyyətdədir, buna görə də COP29 zamanı hamımızın etməli olduğu əsas şey ən optimal şərtlərlə razılıq əldə etməkdir”.

Bunu APA-ya açıqlamasında Avropa İttifaqının (Aİ) İqlim və ətraf mühit üzrə Xüsusi Elçisi Entoni Aqota (Anthony Agotha) deyib.

O, Avropa İttifaqının iqlim maliyyəsinin formalaşdırılmasında ən böyük donor olduğunu bildirib: “Bu liderliyimizi davam etdirməkdə qərarlıyıq. Lakin hesab edirik ki, digər varlı ölkələr də öz məsuliyyətlərini başa düşməli, bu işə qoşulmalıdır. İqlim böhranından ən çox zərər görən həssas ölkələrə dəstək olmaq üçün birlikdə daha çox maliyyə vəsaiti toplamağa çalışırıq”.

Aİ-nin Xüsusi Elçisi qeyd edib ki, iqlim böhranı sürətlə davam edir və əhəmiyyətli zərərlərə səbəb olur.

“Eyni zamanda, bu vəziyyətdə dövlətlər qalıq yanacaqlardan uzaqlaşmaq və davamlı, yaşıl iqtisadiyyat qurmaq üçün böyük imkanlar əldə edir. Dairəvi iqtisadiyyatı qəbul etməklə, təkcə planetimizin sağlamlığını deyil, həm də bütün insanların rifahını və çiçəklənməsini prioritetə çevirə bilərik”, – deyə diplomat vurğulayıb.