Aİ MÜŞAHİDƏ MİSSİYASI SƏRHƏDDƏ TOQQUŞMAYA SƏBƏB OLA BİLƏR…?backend

Aİ MÜŞAHİDƏ MİSSİYASI SƏRHƏDDƏ TOQQUŞMAYA SƏBƏB OLA BİLƏR…?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan hökuməti Rusiya ilə münasibətlərin bərabərhüquqlu olmadığını, müttəfiqliyin tamamilə birtərəfli şəkildə bu dövlətin geosiyasi maraqlarına xidmət etdiyini anlayaraq fərqli, alternativ təhlükəsizlik təminatları axtarışına çıxıb. Aİ müşahidə missiyası Ermənistan üçün möhkəm təhlükəsizlik təminatı yaratmasa da, bu sahədə müvəqqəti çözümlərdən biridir.

Tribunainfo.az yazır ki, bu barədə politoloq Şahin Cəfərli yazıb. O bildirib ki, Aİ-nin mülki müşahidə missiyasının bölgəyə gəlişi Ermənistan-Azərbaycan sərhədlərində hərbi toqquşma ehtimalını tam aradan qaldırmasa belə, bu riski minimallaşdırır:

“Onların sərhəd xəttində həyata keçirəcəkləri monitorinq Azərbaycanın Zəngəzur dəhlizi ideyasını güc tətbiq etməklə gerçəkləşdirməsi ehtimalını da azaldır. Bütün bunlar Ermənistan daxili siyasətində Paşinyan hökumətinin vəziyyətinə stabilləşdirici təsir göstərəcək.

Aİ missiyasının ərazidə fəaliyyəti İranın bölgəyə hərbi müdaxiləsi ehtimalına qarşı da əhəmiyyətlidir və həm də onu çəkindirməyə yönəlib.

Ermənistanın Rusiyadan qopmasından danışmaq hələ tezdir, amma müttəfiqlik münasibətləri hüquqi məcrada davam etsə belə, faktiki olaraq, böhran mərhələsinə daxil olub. Rusiya Ermənistanda nüfuzunu itirir, yaxın gələcəkdə bunun ciddi geostrateji nəticələri ola bilər”.