Xarici agentlər haqqında qanunun müzakirəsi üçün Avropa İttifaqı Gürcüstana maliyyəni kəsməli və hakim “Gürcü Arzusu” partiyasının təsisçisinə qarşı sanksiyalar tətbiq etməlidir.
Tribunainfo.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin Almaniyadan olan deputatı Viola fon Kramon özünün X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində yazıb.
O, Avropa Komissiyasının qonşuluq və genişlənmə danışıqları üzrə baş direktorunun Gürcüstana gözlənilən səfəri ilə bağlı məlumatı şərh edib.
“Düşünməyin ki, indi Gürcüstan hökuməti ilə yeni layihələri açıqlamağın vaxtıdır, lakin Avropa İttifaqı icra səviyyəsində maliyyələşdirməni dayandırmalı və Bidzina İvanişviliyə qarşı tez bir zamanda sanksiyalar tətbiq etməlidir. Gürcü xalqı bunu gözləyir və buna layiqdir”, – deyə fon Kramon bildirib.
O, həmçinin Tbilisidəki iğtişaşları və onların xüsusi təyinatlı polis qüvvələri tərəfindən dağıdılmasını Ukrayna Maydanı ilə müqayisə edib.
Avropa Parlamentinin üzvü Miriam Leksman da İvanişviliyə qarşı sanksiyaların tətbiqini tələb edib.