Aİ-DƏN TÜRKİYƏ VƏ VİZA LİBERALLAŞDIRILMASI İLƏ BAĞLI BƏYANAT

Aİ-DƏN TÜRKİYƏ VƏ VİZA LİBERALLAŞDIRILMASI İLƏ BAĞLI BƏYANAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı Komissiyasının Qonşuluq və Genişlənmədən Məsul Üzvü Oliver Varhelyi, Aİ-nin Türkiyə ilə əlaqələrə böyük əhəmiyyət verdiyini vurğulayaraq, Gömrük İttifaqı, viza rejiminin sadələşdirilməsi, enerji və digər məsələlərdə sürətli irəliləyiş əldə edilə biləcəyini söyləyib.

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, Avropa Parlamentinin Baş Assambleyasında Aİ Komissiyasının hazırladığı 2022-ci il Türkiyə Hesabatı müzakirə edilib.

Sessiyada çıxış edən AB komissarı Varhelyi, “Türkiyə ilə əlaqələrimiz bizim üçün çox önəmlidir. Türkiyə namizəd ölkə, NATO müttəfiqi, yaxın qonşu və Yaxın Şərqin sabitliyi və təhlükəsizliyi üçün əsas tərəfdaş olmağa davam edir.

Aİ-nin Türkiyə ilə əməkdaşlıq və qarşılıqlı faydalı əlaqələr inkişaf etdirmək istədiyinə diqqət çəkən Varhelyi, başda “rəqəmsal və yaşıl keçid”, iqtisadiyyat, enerji, miqrasiya və yardım kimi müxtəlif sahələrdə ortaq maraq doğuran əlaqələrin inkişafı üçün əhəmiyyətli potensialın olduğunu vurğuladı.

AB Komissiyasının üzvü Varhelyi sözlərini belə davam etdirib:

“Lakin münasibətlərin inkişafı üçün Türkiyənin daxili islahatlara və ikitərəfli münasibətlərimizdə əlverişli siyasi mühitə ehtiyacı var. Aİ Komissiyası narahatlığını ifadə etməyə və siyasi fikir ayrılıqlarını aradan qaldırmağa davam edəcək”.