Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrell İsveç və Danimarkada Qurani-Kərimə qarşı edilən hərəkətlərdən sonra dini ədavəti qızışdıracaq hər hansı hərəkəti rədd etdiklərini bildirib.
Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, Borrell Qurani-Kərimin təhqir olunması ilə bağlı açıqlamasında bildirib ki, “Avropada bəzi insanların bir çox müsəlmanları incidən hərəkətlərindən sonra Aİ dini nifrət və dözümsüzlüyə qızışdırmanın bütün formalarını qəti və qətiyyətlə rədd etdiyini bir daha bəyan edir”.
Dini icmalara hörmət, onların Quran dəyərlərindən olduğunu vurğulayan Borrell Qurana və ya hər hansı müqəddəs kitaba hörmətsizliyin açıq təxribat olduğunu bildirib.
İrqçilik, ksenofobiya və dözümsüzlüyün Aİ-də yeri olmadığını qeyd edən Borrell belə davam edib: “Biz daxildə və xaricdə dini azadlıqları və ifadə azadlığını dəstəkləməyə davam edəcəyik. Amma qanuni olan hər şey mənəvi deyil. İndi qarşılıqlı anlaşma və hörmət zamanıdır. Təxribatçıların bu hərəkətləri yalnız cəhd edənlərin maraqlarına xidmət edir. Bizi və cəmiyyətlərimizi parçalamaq üçündür”.