Macarıstan lideri Viktor Orban Avropa Birliyi liderlərinin reaksiyaları kölgəsində Rusiya prezidenti Vladimir Putinlə Ukraynada sülhü müzakirə etmək üçün Moskvaya gedib.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, Aİ liderləri bu səfəri tənqid edərək bildiriblər ki, Aİ-yə sədrlik edən Macarıstanın birliyi Rusiyada təmsil etmək səlahiyyəti yoxdur.
Digər tərəfdən, Putin müzakirələrə baxmayaraq, “Orbanın Aİ adından danışmasını gözlədiyini” deyib.
Orban səfərdən əvvəl verdiyi açıqlamada “sülh missiyası”nda olduğunu bildirib.