Əgər ölkə hökuməti indiki kursunu davam etdirsə, Avropa Birliyi Gürcüstana qapılarını bağlayacaq.
Tribunainfo.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Josep Borrel bildirib.
“Avropa İttifaqının qapıları artıq Gürcüstan üçün açıqdır. Amma hökumət gördüyü işləri davam etdirsə, o qapılar bağlanacaq”, – deyə o bildirib.
Xatırladaq ki, Aİ-Tbilisi münasibətləri may ayında Gürcüstan parlamentinin may ayında qəbul etdiyi “xarici agentlər” haqqında qanuna görə gərginləşmişdi.
Gürcüstan hökuməti tənqidləri rədd edir və iddia edir ki, oxşar və daha sərt qanunlar ABŞ-da, eləcə də Avropada mövcuddur.