Aİ-95 markalı benzinin qiymətinə dövlət QƏRAR VERƏCƏK

Aİ-95 markalı benzinin qiymətinə dövlət QƏRAR VERƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aİ-95 markalı benzinin bir neçə aydır ki, Azərbaycanda istehsalına başlanıb, tənzimlənən qiymətlərlə 1,60 AZN-ə satılır.

Tribunainfo.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı Energetika Nazirliyində İqtisadiyyat şöbəsinin müdiri Rauf Qurbanov deyib.

O bildirib ki, hələ Aİ-95 markalı benzinin qiyməti tənzimlənən qiymətlərlə satılan məhsullar sırasına daxil edilməyib: “Yaxınlarda Nazirlər Kabineti tərəfindən Aİ-95-i bu siyahıya salacaqlar. Aİ-98 isə bizdə istehsal edilmir. Ona görə onun qiyməti tənzimlənmir”.

Qeyd edək ki, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq 1,10 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 20 qəpik artırılaraq 1 manat müəyyən edilib.