Aİ-95 1.50 manat, dizel isə 70 qəpik ola bilər

Aİ-95 1.50 manat, dizel isə 70 qəpik ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verildiyi kimi, son yenilənmələrdən sonra Bakı Neft Elmalı Zavodu (BNEZ) “Euro-5” stanbdartına uyğun Aİ-95 markalı benzin və dizel yanacağının isthsalına başlayacaq. Tribunainfo.az xəbər verir ki, zavod dizel istehsalına başladıqlarını artıq açıqlayıb. Aİ-95 markalı benzinin istehsalı isə iyulun 1-dən start götürəcək.
Qeyd edək ki, yerli istehsalın başlaması səbəbindən müzakirə olunan əsas məsələ benzinin ucuzlaşıb, ucuzlaşmayacağı ilə bağlıdır. Ekspertlər məntiq baxımından qiymətin aşağı düşəcəyini proqnozlaşdırırlar. Onlar hesab edirlər ki, heç bir daşınma və digər xərclər olmadan, yerli xammaldan istifadə olunması səbəbindən, habelə dünya bazarında neftin qiymətinin aşağı olması üzündən Aİ-95 benzini ucuzlaşmalıdır. Lakin SOCAR-ın bununla bağlı hansı qərar verəcəyi bəlli olmadığı üçün ekspertlər əminliklə nəsə deyə bilmirlər.
Tribunainfo.az-a etibar edilən mənbələrdən daxil olan məlumatlarda isə bildirilir ki, iyulun 1-dən etibarən start götürəcək Aİ-95 markalı benzinin qiymətində ucuzlaşma olacaq. Həmin mənbələr deyirlər ki, qiymətin hazırkı bir litr üçün 2 manatdan 1.50 manata düşəcəyi gözlənilir.
Eləcə dizel yanacağı üçün də qiymət dəyişikliyi mümkündür, lakin Aİ-95-dən fərqli olaraq, bu,10 qəpik ucuzlaşma ilə müşahidə oluna bilər. Yəni, hazırda 1 litri 80 qəpik olan dizel yanacağı satışa 70 qəpikdən çıxarılacaq.
Qaynaqlar yeni satış qiymətlərinin iyulun 15-də açıqlanacağını güman edirlər.