AHİK: Şərtləri pozan istirahət mərkəzləri ilə müqaviləyə xitam veriləcək — AÇIQLAMA

AHİK: Şərtləri pozan istirahət mərkəzləri ilə müqaviləyə xitam veriləcək — AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər bölgələrdəki istirahət mərkəzlərində müşahidə olunan vəziyyət ictimai narahatlıq doğurur. İstirahət mərkəzlərində nəzarətin zəif olması səbəbindən bir sıra problemlər yaranmaqdadır.

Vətəndaşların bir qismi xaricə gedə bilmədiyi üçün Nabrana, Novxanıya və digər rayonlara üz tutur. Lakin istirahət mərkəzlərində Həmkarlar İttifaqı vasitəsilə istirahətə gedənlərin də şikayətləri var:

Yeməkxanalarda sıxlıq və uzun növbələr

Standartlara əməl olunmaması

Qiymətlərin yüksək, xidmətin isə zəif olması

Digər rayonlarda istirahət
infrastrukturunun inkişaf etməməsi

Nabranda aptekin olmaması kimi ciddi çatışmazlıqlar

Tələbatdan istifadə edən işbazların fəaliyyətinin artması

Bu problemlərin aradan qaldırılması və vətəndaşların rahat istirahət imkanlarının təmin olunması üçün Həmkarlar İttifaqı tərəfindən hansı tədbirlər görülür?

Məsələ ilə bağlı Tribunainfo.az-a AHİK-dən verilən məlumata görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) “Kurort” Turizm İnformasiya Mərkəzi özəl sanatoriya və istirahət mərkəzləri ilə rəsmi müqavilə əsasında əməkdaşlıq edir.

“Müqavilə bağlanarkən AHİK-in “Kurort” Turizm İnformasiya Mərkəzi tərəfindən müəyyən edilmiş bir sıra meyarlar ciddi şəkildə nəzərə alınır. Belə ki, yanğın təhlükəsizliyi aktı, qida təhlükəsizliyi ilə bağlı müvafiq şəhadətnamə və digər zəruri sənədlər tələb olunur. Eyni zamanda təqdim olunan xidmətlərin keyfiyyəti, müalicə imkanları, otaqların şəraiti və digər infrastrukturun mövcudluğu da nəzərdən keçirilir. Belə ki, əvvəlcə Konfederasiyanın monitorinq qrupu obyektə baxış keçirir, təqdim olunan xidmətlər qiymətləndirilir. Yalnız müsbət rəy alındıqdan sonra həmin müəssisə ilə müqavilə bağlanılır. Müqavilə müddətində də mütəmadi monitorinqlər aparılır və öhdəliklərin yerinə yetirilməsinə nəzarət olunur. Əgər şərtlərin pozulması halları aşkar edilərsə, müvafiq tədbirlər görülür. Nöqsanlar qısa müddətdə aradan qaldırılmadıqda, istirahət müəssisəsi ilə milqaviləyə birtərəfli qaydada xitam verilir.
Vətəndaşlara sanatoriya və istirahət mərkəzlərində rastlaşdıqları çətinliklərlə bağlı AHİK-ə məlumat vermələri tövsiyə olunur.
Müraciətinizdə göstərilən digər məsələlər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının səlahiyyətlərinə aid deyil”.

Dəniz Pənahova