AHİK endirim fırıldağı edir? – FOTO

AHİK endirim fırıldağı edir? – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) endirim fırıldağı etdiyinə inanmaq istəmirəm, amma elə görünür. “Qusar Park Hill” otel üçün ailəvi seçim vermədi, otaqlar 2 nəfərlik imiş. Qidalanma da bir dəfə. 2 nəfərlik “Putyovka” üçün müraciət qoydum, göstərdi ki real çöldən çölə qiymət 680 manatdır, amma bizə 85 faiz endirimlə 102 manat verir. Burası əla. Həyat yoldaşım müharibə veteranı olduğuna görə endirim daha çoxdur. Amma “Booking”də eyni otel eyni tarixlər, eyni 2 nəfər, eyni 1 dəfəlik qidalanma çöldən çölə qiyməti 680 yox, 310 manat göstərir. Hətta o qiymətlə bron da etdim”.

Tribunainfo.az xəbər verir ki,  bunu jurnalist Fərəh Sabirqızı deyib.

F.Sabirqızı əlavə edib ki, deyəsən, bəzi brend mağazalar kimi AHİK də qiyməti əvvəlcə süni qaldırıb sonra endirim edir: “Niyə axı? Elə real 30-50 faiz endirim kimi göstərilsin də. Bəlkə nəsə ayrı bir açıqlaması var? Ümumiyyətlə, AHİK ilə bahalı istirahət mərkəzlərinə ucuz “Putyovka” ala bilən olubsa, halaldır. Mən yoldaşımın veteranlıq vəsiqəsini, əlillik kağızını, 4 medalının şəklini və s. hamısını ərinmədən sistemə yükləsəm də, bizə yer çatmadı. 3 həftə gözləyib, imtina aldıq. Həmin vaxta qədər də sistemdə demək olar seçim qalmadı”.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

pravda.az