AHİK bu il 32 minə yaxın yollayış verib

AHİK bu il 32 minə yaxın yollayış verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sanatoriya və istirahət mərkəzlərinə yollayışların verilməsi prosesində operativliyin təmin olunması məqsədilə e-ahik Sanatoriya-Kurort Elektron Rezervasiya Sistemi istifadəyə verilib.

Tribunainfo.az xəbər verir ki, bu barədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının mətbuat konfransında məlumat verilib.

Qeyd olunub ki, 2025-ci il yanvarın 1-dən iyulun 31-dək 32 minə yaxın yollayış verilib.

Qeyd olunub ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 1,5 dəfə çoxdur.Qeyd olunub ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 2025-2027-ci illər üzrə inkişaf strategiyası təsdiq edilib və hazırda strategiyanın reallaşdırılması üçün 7 prioritet, 12 fəaliyyət istiqaməti və 36 tədbiri əhatə edən tədbirlər planı icra olunur.

APA