Ağsuda qəza törədən avtobusun sürücüsü qeyri-rəsmi tur təşkil edib-FOTO

Ağsuda qəza törədən avtobusun sürücüsü qeyri-rəsmi tur təşkil edib-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün saat 12:17 radələrində Muğanlı-İsmayıllı avtomobil yolunun 2,5-ci kilometrliyində, Ağsu rayonu ərazisində 1983-cü il təvəllüdlü Hüseynov Elmir Mayıl oğlunun idarə etdiyi “MAN” markalı, 77-CV-760 dövlət qeydiyyat nişanlı avtobusun əyləc sistemində yaranmış texniki nasazlıq səbəbindən nəqliyyat vasitəsi yolun hərəkət hissəsindən çıxaraq torpaq əraziyə sürüşüb.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi Muğanlı-İsmayıllı avtomobil yolunda qeydə alınmış yol qəzası ilə məlumatında bildirilib.

Qeyd edilib ki, nəticədə, avtobusda olan sərnişinlərdən Bakı şəhər sakini 1973-cü il təvəllüdlü Əmirova Gülayə Qaçay qızı xəsarət alaraq Şamaxı Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Sürücü E.Hüseynov ilkin ifadəsində sərnişinlərinin tur şəklində Qəbələyə səfər edən şəxslər olduğunu və daşımanı qeyri-rəsmi olaraq şifahi razılaşma əsasında həyata keçirdiyini bildirib.

Hadisə yerinə cəlb olunan DİN BDYPİ-nin 4-cü taqımının əməkdaşları tərəfindən avtobusda olan sərnişinlərin, eləcə də digər nəqliyyat vasitələrinin təhlükəsizliyi üçün zəruri tədbirlər görülüb. Faktla bağlı araşdırma aparılır.