Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Ağstafa rayonunda aşkar olunmuş Mina və Partlamamış Hərbi Sursatlar (PHS) haqqında operativ məlumat yayıb.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Ağstafa rayonunda aşkar olunmuş Mina və Partlamamış Hərbi Sursatlar (PHS) haqqında operativ məlumat yayıb.
TİA.AZ-ın ANAMA-ya istinadən verdiyi xəbər görə, məlumatda deyilir Ağstafa rayonunun Qırlı kəndi – Həsənsu çayının üzərində yerləşən avtomobil körpüsünün altında 44 ədəd partlamamış hərbi sursat (41 ədəd 7.62 çaplı patron, 1 ədəd 7.62 çaplı RPS patron, 1 ədəd 5.45 çaplı patron və 1 ədəd əl qumbarası (Diyamkov)) və 1 ədəd 7.62 çaplı patron darağı aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb, 500 kv.m. ərazi yoxlanılıb.
Ümumilikdə ANAMA tərəfindən bu il yanvarın 1-dən 26-dək Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı və Lənkəran rayonları, Lənkəran və Gəncə şəhərində 3 otlaq sahəsinə, 1 hərbi hissənin yaxınlığına, su arxına, dəniz və yol kənarına, avtobaza ərazisinə, körpü ərazisinə baxış keçirilib, 1 513 ədəd partlamamış hərbi sursat, 33 ədəd tank əleyhinə mina, və 2 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 17 250 kv.m ərazi yoxlanılıb.