Ağstafa rayonunda 3 yaşlı körpə yanıq xəsarətləri alıb.
Ağstafa rayonunda 3 yaşlı körpə yanıq xəsarətləri alıb.
TİA.AZ Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 10-da saat 12 radələrində Ağstafa rayonunun Aşağı Göyçəli kəndində yaşayan İsa Ələkbərovun evində pərdənin qaz sobasının üstünə düşməsi nəticəsində yanğın baş verib.
Nəticədə pərdə və İ.Ələkbərovun 3 yaşlı nəvəsi Səidin yatdığı beşik yanıb. Xəsarət almış uşaq xəstəxanaya yerləşdirilib.