Ağstafanın Vurğun qəsəbəsində Həsənzadə Elvin Ömər oğlunu elektrik cərəyanı vuraraq öldürüb. Onun 16 yaşı olub. Tribunainfo.az-a müraciət edən qəsəbə sakinlərinin sözlərinə görə, növbəti faciənin baş verməməsi üçün aidiyyatı qurumlar hərəkətə keçməlidir. Çünki qəsəbədəki stadionda elektrik naqilləri aşağıdan getdiyi üçün hər an ölüm təhlükəsi mövcuddur. Onlar “Azərişıq” ASC rəhbərliyindən tədbir görülməsini, yerli idarəyə bu barədə müvafiq tapşırıq verilməsini xahiş edirlər. Qəsəbə sakinləri insanların zərər çəkməməsi üçün təcili şəkildə həmin elektrik naqillərinin yüksəkdən aparılmasının vacibliyini qeyd edirlər.
Roman