Ağstafa İcra Hakimiyyəti qanunu pozub: Vergi borcu olan şirkətə bir gündə iki tender verib

Ağstafa İcra Hakimiyyəti qanunu pozub: Vergi borcu olan şirkətə bir gündə iki tender verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağstafa İcra Hakimiyyəti bir gündə iki tenderin nəticəsini açıqlayıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə açıq mənbələrdə məlumat yayılıb.

Bildirilir ki, İcra Hakimiyyəti tenderlərdən birini kommunal binaların əsaslı təmiri üçün nəzərədə tutub. Bununla bağlı, “AZSUR GROUP” MMC ilə müqavilə bağlayıb. Həmin müqaviləyə əsasən şirkətə 149 min 638 manat ödəniləcək.

Rayon rəhbərliyinin elan etdiyi ikinci tenderin də qalibi eyni şirkət olub. Belə ki, “AZSUR GROUP” Ağstafada abadlıq işlərini görəcək. Bu məqsədlə isə 388 min 409 manat pul alacaq.

Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan “Azsur Group” MMC-nin qanuni təmsilçisi İmanlı Rəşid Yasəf oğludur. Bu şirkət bir çox rayonlarda da tenderlərin qalibi olub. Açıq mənbələrdə bildirilir ki, son bir ildə 19 tender udan şirkətin isə dövlət büdcəsinə 2 min 266 manat 87 qəpik vergi borcu var.

Onu da bildirək ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 23.3.5.1.-ci maddəsinin tələblərinə görə də mümkün deyil. Belə olan halda Ağstafa İcra Hakimiyyəti qanunun tələbini pozub. Üstəlik, AİİBNDA-da buna göz yumub.

Xatırladaq ki, Ağstafanın icra başçısı Seymur Orucovdur.

Fərda Uğur