Bakı-Ağstafa-Bakı sürətli sərnişin qatarında texniki problem yaranıb.
Tribunainfo.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayımlanıb.
“Sürət qatarı ilə Tovuzdan Bakıya gedirəm. Yolda qatarda texniki problem oldu. Çölün düzündə qalmışıq. İçəridə işıqlar və monitorlar sönüb”, – deyə sərnişin qeyd edib.
Həmin görüntüləri təqdim edirik: